Tahir Mirkişili İrəvana getdi, İrəvan qarışdı FOTO VİDEO

2106

Ermənistan əhalisinin canından azərbaycanofobiya görünür hələ uzun müddət çıxmayacaq. Özlərini müharibə iştirakçıları adlandıran bir qrup insan azərbaycanlı deputatların ölkələrinə gəlişinə etiraz olaraq hava limanına gedən yolu bağlayıblar.

Milli.Az xəbər verir ki, fevralın 21-də müharibə iştirakçıları “Zvartnots” Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb və Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana gəlməsinin əleyhinə olduqlarını bildiriblər. Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Beləliklə, ermənilər bununla da, azərbaycanlı deputatların ölkəyə gəlməsindən necə narahatlıq keçirdiklərini və qorxduqlarını ifadə etmiş olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər