Tahir Mirkişili İtalyada səfərdə: Parlementlər arası dostluq qrupu təsis olundu – FOTO

409

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İtaliyanın paytaxtı Roma şəhərində səfərdədir.

sumqayitxeber.com xəbər verir ki, İtaliya Respublikası Senatında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimat mərasimində Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və işçi qrupunun üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili iştirak edib.

Qruplar iki ölkənin parlamentləri arasındakı münasibətlərin vəziyyətini yüksək qiymətləndiriblər və qarşılıqlı səfərlərin dinamikasını qorumaq, əməkdaşlıq istiqamətlərinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını vurğulayıblar
Qeyd edək ki, İtaliyada 2022-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra cari il aprelin əvvəlində ölkə Senatında İtaliya-Azərbaycan dostluq qrupunun yeni tərkibi formalaşıb. Qrupun rəhbəri vəzifəsinə İtaliyanın hakim partiyasının (Fratelli d’Italia) üzvü Marko Skurria seçilib.

Aprelin 18-də keçirilmiş İtaliya Senatının Azərbaycanla dostluq qrupunun təqdimat mərasiminin sonunda Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və İtaliya Senatının Azərbaycanla dostluq qrupu arasında memorandum imzalanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər