Tahir Mirkişili mətbuat nümayəndələrini təbrik etdi

867
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.
Təbrikdə deyilir:
“Əziz Jurnalistlər, mətbuat numayəndələri!
Sizləri 22 iyul “Milli Mətbuat Günü” münasibətilə səmimi qəlbdən təbrik edir, işlərinizdə yeni-yeni uğurlar arzu edirik!
Ölkəmizin inkişafı, Vətən müharibəsi və Covid 19-la mübarizədə göstərdiyiniz vətənpərvərlik və peşəkarlıq nümunələri milli uğur əldə etməmizdə öz mühüm rolunu oynamışdır.
Qalib Azərbaycanın inkişafında medianın da yeni roluna tələbat yaranmışdır. Sizlərə bu yeni yolda uğurlar arzu edir, söylədiyiniz və yazdığınız hər bir sözün daim millətin və dövlətin inkişaf etməsinə xidmət etməsini arzu edirəm!
Bayramınız mübarək!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər