Tahir Mirkişili: “O, hər kəsin mümkün deyil dediklərini mümkün etdi!”

684

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəsmi facebook səhifəsində  Prezident İlham Əliiyevin doğum günü ilə bağlı paylaşım edib.

sumqayitxeber.com millət vəkilinin təbrikini çatdırır:

“Prezidentimiz, sədrimiz, Müzəffər ali baş komandan, Böyük azərbaycanlı, xalqın sevimlisi və qürür mənbəyi cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və daim qələbələr arzu edirəm!
O, hər kəs inanmayanda inandı, hər kəs şübhə edəndə əmin oldu, hər kəs yatanda oyaq qaldı, hər kəsin mümkün deyil dediklərini mümkün etdi, hər kəs susanda danışdı, hər kəs bu günə baxanda gələcəyə baxdı, düşmənlər baş qaldıranda yumruğunu qaldırdı…
Eyni zamanda bütün azərbaycanlıları təbrik edirəm! Çünki o ömürdən hər kəsə bir pay düşüb – iqtisadiyyatın inkişafı, sosial müdafiənin güclənməsi, beynəlxalq diplomatiyanın aktivləşməsi, ordu quruculuğunun möhkəmlənməsi hesabına bütün azərbaycanlıların həyatı dəyişib, hər bir azərbaycanlı artıq qalibdir, layiq olduğu ləyaqətli həyatı yaşayır!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər