Tahir Mirkişili: “Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək”

421

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin qəbul olunması ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da artırılmasına təkan verəcək.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

“Layihə innovativ onlayn və mobil ödənişlərin inkişafını, daha etibarlı və təhlükəsiz fəaliyyətini və istehlakçıların daha etibarlı müdafiəsini təşviq edəcək. Nəticədə yeni iştirakçılar olan 3-cü tərəf provayder və “FinTech”lər daxil olmaqla, ödəniş xidməti təchizatçıları üçün bərabər bazar şəraiti yaradılmaqla, onların sıx əməkdaşlıq və güclü rəqabət şəraitində fəaliyyətləri dəstəklənəcək, daha sıx inteqrasiya olunmuş ödəniş bazarının yaradılması mümkün olacaq. Ümumilikdə, layihə ölkənin yeni ödəniş ekosisteminin yaradılmasını, ödəniş bazarında yeniliyi, rəqabəti və effektivliyi təmin edəcəkdir. İstehlakçılar üçün əlverişli ödəniş xidmətləri üzrə geniş seçim imkanları yaradılacaq, onların hüquqları daha etibarlı hüquqi baza əsasında tənzimlənəcək”, – deyə o qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər