Tahir Mirkişili: Ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

417

Azərbaycan dünyanın bir çox ölkələri ilə kosmos sahəsində əməkdaşlıq əlaqələri üçün danışıqlar aparır. Ölkəmiz sabit ölkələrdən biri kimi sülhün və əməkdaşlığın tərəfdarıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Beynəlxalq Astronavtika Federasiyasının oktyabrın 1-də Bakıda keçirilən nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında səsləndirib.

“Azərbaycan sabah öz işinə başlayacaq 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Ölkəmizdə bu tədbir ilk dəfə,1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Azərbaycanın bu tədbirə 50 ildən sonra, Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğu ildə yenidən ev sahibliyi etməsi əlamətdar hadisədir. Bu o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra yenidən bölgəmizə qayıdır. Bu konqres həm məzmununa, həm də iştirakçıların sayına görə bütün əvvəlkilərdən daha çox təmsil olunur”, – o qeyd edib.

“Siz çox rasional seçim etdiniz, çünki Bakı bu regionun qəlbidir”, – deyə deputat əlavə edib.

Tanınmış azərbaycanlı alim Nəsrəddin Tusinin astronavtika sahəsində xidmətlərindən danışan komitə sədri tədbirin kosmos sahəsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

Tahir Mirkişili deyib ki, uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin fəal bir üzvünə çevrilərək.

“Kosmok sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin işində uğurlar arzulayıram”, – deyə deputat bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər