Tahir Mirkişili: “Qanunverici orqan üzvləri səmərəli və məqsədyönlü fəaliyyət göstərəcəklər”

710

“Ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycan Respublikasının VII çağırış Milli Məclisi öz fəaliyyətinə başlayır. Dövlət başçısı cənab İlham Əliyevin Milli Məclisdə nitqində toxunduğu məsələlər, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı, Milli Məclis deputatlarının ölkəmizin firavan yaşaması və dayanıqlı inkişafı üçün göstərəcəyi fəaliyyətin əsas istiqamətləri olacaqdır”.

sumqayitxeber.com xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

Tahir Mirkişili qeyd edib ki, əldə etdiyimiz qələbənin möhkəmləndirilməsi, təhlükəsizliyimizin gücləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial qayğının artırılması üçün dövlət başçısının aydın və möhkəm iradəyə əsaslanan siyasəti vardır. Bu siyasət, yalnız daxili sabitlik və inkişafla məhdudlaşmır, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunu və regional liderliyini daha da möhkəmləndirmək məqsədinə yönəlib. Əminəm ki, qanunverici orqan üzvləri də bu siyasətin uğurla həyata keçməsinə dəstək olmaq üçün səmərəli və məqsədyönlü fəaliyyət göstərəcəklər. Hər şey zəfərimizin möhkəmlənməsi, dövlətimizin güclənməsi, xalqımızın firavan və təhlükəsiz yaşaması üçün olacaqdır.

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyev nitqində Azərbaycanın qarşısında dayanan strateji hədəfləri dəqiq müəyyən edib. “Onun rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət dövlətin iqtisadi gücünü artırmaqla yanaşı, regionda sabitliyin və təhlükəsizliyin qorunmasını təmin edir. Qarabağın bərpası və yenidən qurulması prosesləri Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi ilə yanaşı, bölgənin sosial-iqtisadi inkişafına yeni nəfəs verəcəkdir,” – Tahir Mirkişili vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər