Tahir Mirkişili şəhid mayor Rahib Babayevin ailəsini ziyarət etdi – FOTO

841

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən seçilmiş millət vəkili Tahir Mirkişilinin şəhid ailələrini ziyarəti davam edir.
Millət vəkili Vətən müharibəsində Qələbənin 100-cü gününü də şəhid ailəsi ilə keçirib.

Tahir Mirkişili rəsmi facebook səhifəsində bununla bağlı paylaşım edib: ” Bu gün qələbənin 100-cü günündə Vətən müharibəsi şəhidi mayor Rahib Babayevin ailəsi ilə görüşərək əsgər və zabitlərimizin qəhrəmanlıqlarının xalqımız və dövlətimiz üçün nə qədər önəmli olduğunu qeyd etdik. İndidən sonra 100 il də keçsə onlar daim bu xalqın qəhrəmanları olaraq anılacaqlar!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər