Tahir Mirkişili Selçuk Bayraktarla görüşdü

994
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb.

Görüşlə bağlı fikirlərini bölüşən komitə sədri bildirib ki, Qarabağda Vətən Müharibəsindən sonra bütün dünyada məşhurlaşan, “Bayraktar”, “Akıncı” kimi dronlarının istehsalcısı olan Tükiyənin “Baykar” şirkətinin qurucu və Azərbaycan Prezidenti tərəfindən “Qarabağ” ordeni ilə təltif olunan Selçuk Bayraktarın Azərbaycanda və Azərbaycanla bir yerdə layihələr həyata keçirmək istəyi alqışalayiqdir. Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi siyasət də belə layihələrin həyata keçməsinə imkan yaradır. Yalnız belə birgə fəaliyyət ilə , güc və səyləri birləşdirməklə ölkələrimiz texnoloji inkişafda irəli çıxa, gücümüzü daha da artıra bilərik!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər