Tahir Mirkişili Sumqayıtda vətəndaş qəbulu keçirib

115

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində növbəti vətəndaş qəbulunu keçirib.
Görüş zamanı vətəndaşlar onları narahat edən sosial, məişət və digər məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.
Vətəndaşların qaldırdıqları məsələlər ətraflı dinlənilib, hər bir müraciət üzrə müzakirələr aparılıb. Müraciətlərin bir qisminin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələrin qurulacağı, digər məsələlərin isə qanunvericiliyin və mövcud səlahiyyətlərin verdiyi imkanlar çərçivəsində araşdırılacağı bildirilib.
Tahir Mirkişili vətəndaşlarla birbaşa ünsiyyətin vacibliyini vurğulayaraq, insanların müraciətlərinin operativ şəkildə araşdırılmasının və problemlərinin həlli üçün müvafiq addımların atılmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər