Tahir Mirkişili Sumqayıtda Vətəndaşlarla Görüşüb

293

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri, Sumqayıt şəhəri üzrə millət vəkili Tahir Mirkişili növbəti dəfə seçicilərlə görüş keçirib.

Görüş zamanı seçicilərin müraciətləri diqqətlə dinlənilib, onların qarşılaşdığı problemlərlə maraqlanılıb. O, görüş iştirakçılarının suallarını cavablandırıb, onların təklif və şikayətlərini qeydə alıb.

Tahir Mirkişili bildirib ki, qaldırılan məsələlərin həll olunması üçün müvafiq tədbirlər görüləcək. Vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində çalışmalar davam etdiriləcək.

Millət vəkili bu cür görüşlərin davamlı olaraq həyata keçirildiyini vurğulayıbBildirib ki, bu görüşlərin məqsədi vətəndaşların problemləri ilə daha yaxından tanış olmaq və onlara operativ şəkildə kömək etməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər