Milli Məclisin deputatı Tahir Mirkişili Vəkillər Kollegiyası ilə tanışlıq görüşündə iştirak edib. Yüksək statuslu qonağı səmimi qəbul edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov ona Azərbaycan vəkilliyinin keçdiyi inkişaf yolu, mövcud problemlər, görülən işlər və perspektiv planlar barədə ətraflı məlumat vermiş, Vəkillər Kollegiyasına diqqətinə görə bütün vəkillər adından minnətdarlığını çatdırıb.
Tahir Mirkişili səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək, son dövrlərdə vəkilliyin yüksək templə inkişaf etdiyini, nüfuzlu təşkilata çevrildiyini, nəticədə vəkillik haqqında neqativ fikirlərin pozitiv fikirlərlə əvəzləndiyini bildirib.
Cümhuriyyət dövrü vəkilliyi barədə arxiv sənədlərinin öyrənilməsi və vəkilliyin tarixinə dair əhəmiyyətli faktların ortaya çıxarılması millət vəkilinin diqqətini cəlb etmiş, Cümhuriyyət dövrünün tanınmış simalarının öz zamanlarında vəkil olmaları xüsusi maraqla qarşılanıb.
Tahir Mirkişili deputat seçildiyi Sumqayıt şəhərində Vəkillər Kollegiyası tərəfindən görülən işləri, Sumqayıt Regional vəkil bürosunun təsis olunaraq müasir ofis binası ilə təmin olunmasını, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun inzibati binasının təmir olunmasını Sumqayıt şəhərinin 70 illiyinə Vəkillər Kollegiyasının tövhəsi kimi qiymətləndirmiş, bundan sonra şəhər sakinlərinin yüksək keyfiyyətli hüquqi yardım almaları üçün hər cür şəraitin yaradılmasına görə məmnunluq ifadə edib.
Razılığa gəlinib ki, millət vəkilinin seçicilərlə görüşlərində seçicilərin qaldırdığı hüquqi problemlərin həlli üçün Sumqayıt Regional vəkil bürosunun hüquqi dəstəyindən səmərəli istifadə təcrübəsi daha da dərinləşdirisin.
Görüşdə Sumqayıt Regional vəkil bürosunun müdiri Anar Qasımlı da iştirak edib.
Tahir Mirkişili Vəkillər Kollegiyasında oldu – FOTOLAR
•
1238