Tahir Mirkişili Xədicə Qədəşovanı təbrik etdi

557

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Tahir Mirkişili dünya çempionatında qızıl medal qazanan Xədicə Qədəşovanı qələbə münasibəti ilə təbrik edib.

Millət vəkili bu barədə paylaşım edib.

Sumqayitxeber.com təbrik mətnini təqdim edir:

“Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli tam orta məktəbin bu ilki məzunu Xədicə Qədəşovanın Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanması böyük uğur və tarixi hadisədir. 52 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan Xədicə Azərbaycan cüdo tarixinin İLK QADIN dünya çempionu olub!

O, final görüşündə Fransa təmsilçisi Alisya Pulanjı məğ­lub edərək bu titula sahib çıxıb.

Bu böyük uğur və tarixi hadisə münasibətilə idmançımızı və hər kəsi təbrik edirəm!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər