Tahir Mirkişili: “Yalan, saxta, qaralayıcı informasiyalar yaymaq oturduğumuz budağı kəsməyə bərabərdir”

1022
“Son günlər bəzi saytlarda, sosial şəbəkələrdə Milli Məclis sədrinin İrana səfəri haqda bəzi yazıları, şərhləri oxuduqca adam dəhşətə gəlir. İnformasiyanın bu qədər bol və əlçatan olduğu bir dövrdə, “dürüst ol, ədalətli ol” kimi milli, dini, sosial təbliğatın durmadan getdiyi bir dövrdə hələ də belə zehniyyətə malik olmaq ən azı faciədir…”
Bu fikirləri Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəsmi facebook səhifəsindəki paylaşımında qeyd edib. 
sumqayitxeber.com millət vəkilinin mövzu ilə bağlı açıqlamasını təqdim edir:
Milli Məclis sədrinin İrana səfəri zamanı yayılan dezinformasiyalara bir çox peşəkar izahlar, cavablar yazıldı. Amma hər zaman baş verməyən hadisələr barədə açıqlamalar vermək tələbatı dövlətin və onun nümayəndələrinin resurslarını istehlak edir, lüzumsuz dialoq yaradır.
Nə idi bunlar:
– Sahiba xanım Qafarovanın İran prezidenti ilə görüşündə Azərbaycan bayrağının olmaması ilə bağlı. Protokol qaydalarını bilən, maraqlanan, internetdə araşdıra bilən hər kəsə bəllidir ki, bayraqlar yalnız bərabər ranqlı dövlət nümayəndələrinin görüşündə olur. Əks halda yalnız qəbul edən tərəfin bayrağı olur. Azərbaycan tərəfinin də görüşlərində bu protokol qaydaları işləyir. Deməli, bu irad yersiz idi.
– Sahibə xanım Qafarovanın İrana səfəri zamanı geyim forması ilə bağlı. Hər kəsə məlumdur ki, İran İslam Respublikasının qadın geyimi ilə bağlı xüsusi qaydası var və hər kəsdən, xarici nümayəndələrdən də buna əməl etmək xahiş edilir. Avropa Birliyinin, digər xarici ölkələrin qadın dövlət nümayəndələrinin İrana səfəri zamanı bunu hər kəsə görə bilər. Xanım spiker də bu adətə əməl edib. Pandemiya şəraitinə uyğun olaraq qara maskadan istifadə etdiyindən bəzilərində bu görünüş yanlış təəsürat yarada bilərdi, amma istəyən hər kəs şəkillərdə bunu qara maska olduğunu görə bilər (Biz də əksər hallarda qara rəngli maskalardan istifadə edirik, daha praktik və qoruyucu olduğu üçün). Bundan öncə Sahibə xanımın Pakistan İslam Respublikasına səfəri zamanı qəbul edən tərəfin qadın geyimlərinə xüsusi xahişi (qaydası) olmadığından xanım spikerin ordakı geyimini hər kəs görə bilər. Yəni, bu irad da yersiz idi.
Milli Məclis sədrinin İran prezidenti, parlament sədri ilə görüşləri zamanı Vətən müharibəsində Azərbaycanın qələbəsi, işğalçı Ermənistanın azad edilmiş ərazilərdə törətdikləri vəhşiliklər, İranın Xocalı faciəsini tanımasına çağırışlar səfərin Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətli olan tərəfi idi. Amma təəssüf ki, bəzi qruplar öz daxili komplekslərinə qapılaraq artıq inkişaf etmiş ölkələr və xalqlar üçün gülünc obyeklərinə çevrilən mövzuları ölkə gündəminə gətirməyə çalışırlar.
Azərbaycan Milli Məclisi sədrinin, Azərbaycan xanımının bu sözləri İran rəhbərlərinə birbaşa, cəsarətlə deməyindən başqa bu xalqa faydalı nə ola bilərdi ki? Yoxsa bu kəslər hələ də Azərbaycan xanımın dövlət hakimiyyətinin ali qanunvericlik qolunun rəhbəri olmasını, hər məqamda dövlətin və xalqın maraqlarını üstün tutmasını həzm edə bilmirlər və yersiz olaraq yeni parlament seçkilərinə çağırılar? Əslində bəlkə də, dövlət maraqları, protokol qaydaları, milli mənafelər anlamayan adamlardan başqa nə gözləmək olar ki… Amma biz hər zaman bu kəslərlə mübarizəmizi aparacağıq!
Biz yeni bir dövrə qədəm qoymuşuq, Müzəffər Ali Baş Komandanı, güclü ordusu, iqtisadiyyatı, beynəlxalq nüfuzu olan bir ölkəyik. Bu gücə hər birimiz layiq olmalıyıq – öz məsuliyyətimizlə, kamilliyimiz ilə, ədalətimiz ilə, biliyimizlə, bir-birimizə qarşı hörmətlə yanaşmaqla…Bu güc həm də sənin, mənim, bizim gücümüzdür. Yalan, saxta, qaralayıcı informasiyalar yaymaq oturduğumuz budağı kəsməyə bərabərdir. Hər status, şərh yazan insanlar, KİV-lər bu məsuliyyətli qəbul etməli və bu missiyaya uyğun fəaliyyət göstərməlidir. Təbii ki, bütün qarayaxmalara baxmayaraq dövləti, vətəni sevən kəslər öz xidmətlərinə və mübarizələrinə hər zaman davam edəcəklər. Amma könül istər ki, biz bu mübarizəni düşmənlərlə aparaq, öz içimizdən olan kəslərlə deyil…
P.S. Avropa Birliyinin qadın nümayəndələrinin İrana səfərindən çəkilmiş şəkillər də posta əlavə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər