Tahir Mirkişili yubiley medalı ilə təltif olunub

684

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili
“Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” yubiley medalı ilə təltif olunub.

Bunubla bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayev müvafiq əmr imzalayıb.

Tahir Mirkişili bildirib ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin ən vacib elementlərindən biri olmaqla yanaşı, Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. İnanıram ki, yeni təsdiq edilmiş strategiya üzrə bu sahədə xeyli uğurlara imza atılacaq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər