Tahir Mirkişilinin namizədliyi qeydə alındı

1428

Yeni Azərbaycan Partiyasının 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədi Tahir Mirkişilinin deputatlığa namizədliyi qeydə alınıb.

Tahir Mirkişili imzatoplama kampaniyası ilə bağlı da rəsmi facebook səhifəsində paylaşım edib: “Biz bu seçkiyə Sumqayıtda öz qəhrəmanımız ilə, dünya çempionu ilə başlayırıq. O, həm də Sumqayıt şəhər 42-ci dairənin seçicisidir. İlk imzanı o atdı. O, hamımız üçün mübarizlik və qalibiyyət simvoludur! O, əsl vətənpərvər və Azərbaycanın simvoludur! O, Azərbaycan düşmənlərinin göz dağıdır!
2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, “Şöhrət” ordeni, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatları laureatı və ilk dəfə keçirilən Bakı2015 Avropa Oyunlarının qalibi – İlham Zəkiyev.

Bu seçkilərin Sumqayıtımız, partiyamız, dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olması arzusu ilə”

https://www.facebook.com/tahirmirkishili/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər