Tanınmış uzman-həkim vəfat etdi – FOTO

2774
Azərbaycanda tanınmış həkim Azər Əkbərov vəfat edib.
Azxeber.com xəbər verir ki, uzman neyrocərrah Azər Əkbərov vəfat edib.
Bu haqda həkimin yaxınları məlumat verib. Məlumata görə, həkim onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Azər Əkbərov Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub.
O Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.

Həkim 44 günlük Vətən Müharibəsində də hərbi həkim kimi fəaliyyət göstərib.
Onun haqda hazırlanan reportajı təqdim edirik:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər