Tarixi qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artırdı

948

Türkdilli Dövlətlərin Əməklaşlıq Şurasının Zirvə toplantısının keçirilməsi, olduqca əhəmiyyətli tarixi. siyasi və geosiyasi hadisədir. 2009-cu il oktyabr ayında Naxçıvanda “Naxçıvan sazişinin” imzalanması ilə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq proseslərdə aktiv iştirakını davam etdirir.

2019-cu il 15 oktyabrda VII zirvə görüşündə təşkilata sədrlik Azərbaycana keçdikdən sonra qurumun fəaliyyətində nəzərə çarpan aktivlik müşahidə olunur. Azərbaycanın xüsusi önəm verdiyi təşkilatlar sırasında özünəməxsus yeri olan bu təşkilatın martın 31-də baş tutmuş qeyri formal zirvə görüşü üzv ölkələr arasında rəsmi əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhvə vermiş olacaq. Zirvə görüşündəki çıxışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Vətən müharibəsi mövzusuna xüsusi yer ayırıb. Prezident çıxışı zamanı Vətən müharibəsini qaçılmaz edən səbəblər barədə ətraflı danışdı və qazanılmış tarixi qələbəmizin bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb etməsini vurğuladı.

Ölkə başçısı bildirdi ki, Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdi: Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi”.

Prezident İlham Əliyev çıxışında Beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini daim dəstəklədiyini ancaq bu dəstəyin praktiki həyatda o qədər də əhəmiyyəti olmadığını xüsusi vurğuladı. Bəli BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinin bugünə qədər icra edilməməsi buna bariz nümunədir. 1993-cü ildə qəbul edilən və icrasız qalan bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasi və hüquqi mənası var idi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Dəfələrlə Azərbaycana qarşı dəhşətli soyqırımlar törətmiş, etnik təmizləmə siyasəti aparan və doğma torpaqlarımızın 20 faizdən çox hissəsi işğal altında saxlayan Ermənistan tərəfi ilə uzun illər aparılan sülh danışıqları heç bir nəticə vermirdi.

Görüşdə ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinə toxunan ölkə başçısı bildirdi ki, Minsk qrupu 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır: “Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi”.

Son vaxtlar Ermənistan tərəfi Azərbaycana bir qarış belə torpaq qaytarmayacağını hətta yeni torpaqlar uğrunda müharibəyə hazırladıqlarını bəyan etmişdilər. Bu Azərbaycana qarşı təxribat xarakteri daşıyırdı.

Prezident İlham Əliyev qeyd etdi ki, digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, təxribat xarakterli addım idi.

Prezidentin çıxışda qeyd etdiyi kimi Azərbaycan tərəfi heç bir təxribata uymadı: “Əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi”.

Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Münaqişə öz hərbi siyası həllini tapdı. 2020-ci il Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış bəyanata əsasən Azərbaycan tarixi torpaqlarını düşməndən geri aldı.

Tarixi qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha artırdı eyni zamanda münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaratdı. Bu imkanlardan ən önəmlisi olan tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yeni nəqliyyat-kommunikasiya xətlərinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvanı ölkəmizin əsas hissəsi və Türkiyə ilə birləşdirəcək yəni dəhlizdən istifadə Türkdilli dövlətlərin əməkdaşlıq şurasına üzv ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da artırılmasına gətirib çıxaracaq.

Ölkə başçısı görüş zamanı bəyan etdi ki, Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Türkdilli ölkələrin qeyri-formal zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çıxışı bir daha göstərdi ki ölkənin apardığı siyasət regionda sülh və sabitliyə hesablanıb.

Biz əminik ki, Azərbaycan Ali baş komandanın rəhbərliyi , Müzəffər ordumuzun gücü və xalqımızın birliyi sayəsində daim öz ərazi bütövlüyünü qoruyub saxlayacaq, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərimiz bərpa olunacaq və insanlar öz doğma yurdlarına qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

Fəridə Qafarova, YAP Sumqayıt Gənclər birliyinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər