“Tata Steel Chess”: Şəhriyar Məmmədyarov britaniyalı Qaveyn Consla qarşılaşacaq

1170

Yanvarın 27-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən və mükafat fondu 2 milyon dollar olan “Tata Steel Chess” superturnirinin 12-ci turu keçiriləcək.

“Report” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov bu turda britaniyalı rəqibi Qaveyn Consla qarşılaşacaq.

Şəhriyar 11-ci turda norveçli dünya çempionu Maqnus Karlsenlə heç-heçə edərək liderlər qrupunda mövqeyini qoruyub.

“Tata Steel Chess”

Veyk-an-Zee, Hollandiya, 12-ci tur

Bakı vaxtı ilə partiyaların başlanma vaxtı 16.30

Hou İfan (Çin) – Vey İ (Çin)

Aniş Giri (Hollandiya) – Başkaran Adhiban (Hindistan)

Vladimir Kramnik (Rusiya) – Fabiano Karuana (ABŞ)

Petr Svidler (Rusiya) – Sergey Karyakin (Rusiya)

Maqnus Karlsen (Norveç) – Maksim Matlakov (Rusiya)

Qaveyn Cons (Vöyük Britaniya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN)

Vişvanatan Anand (Hindistan) – Uesli So (ABŞ)

Turnir cədvəli: Giri, Məmmədyarov, Karlsen – 7,5, Anand – 7, Kramnik, So, Karyakin –6,5, Svidler – 5, Matlakov, Cons, Vey İ, Karuana – 4,5, Adhiban – 3,5, Hou İfan – 2.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər