Təbiət Elmləri Təmayüllü Gimnaziyanın bütün şagirdləri tələbə adını qazanıb – FOTO

677

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya 2023-2024 tədris ilini uğurla başa vurub. Bu il gimnaziyanı bitirən 70 məzun içərisindən 3-ü təhsilini xarici ölkələrdə davam etdirmək üçün seçilib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, məzunlardan biri olimpiada qalibi olduğu üçün ali məktəbə imtahansız qəbul olunub.

Gimnaziyanın digər 66 məzunu isə təhsilini Azərbaycan universitetlərində davam etdirəcək. Bu məzunlardan 48-i 600-dən çox bal toplayaraq yüksək nəticə göstərib. Ümumilikdə, məktəb üzrə orta bal 612 olaraq qeydə alınıb, bu da gimnaziyanın yüksək təhsil səviyyəsini bir daha təsdiq edir.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər