Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb.
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, sərəncam dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantların, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili tələbələri və şagirdlərin dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzalanıb.
Sərəncamda deyilir:
1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:
1.1. Doktorantlara – 100 manat
1.2 Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 100 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 85 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 70 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 45 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 80 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 65 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 40 manat
1.3 Orta ixtisas təhsili müəssisələrdə:
əla qiymətlərlə oxuyan tələbələrə – 40 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 35 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 30 manat
1.4 İlk peşə-ixtisas təhsili müəssisələrin şagirdlərinə – 30 manat
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
3. “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2008-ci il 12 sentyabr tarixli 3042 nömrəli sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu sərəncam 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.
LENT.AZ
Mən də dedim nə olub, elə bil partlayışdı. 5 manat az ya çox, buna təşəkkür düşmür, əksinə, nə isə… magistr olub aldığımız stipendiya güya haramıza yaraşır? İş axtara da bilmirik, çünki dərsdə davamlı iştirak etməliyik, bunu nəzərə alsalar görərlər ki, nə qədər rəzil stipendiya verirlər!!!
Çox sağolsun, cənab Prezzident! =))
Salam.
Bilmek isteyirem ki,artima gore stipendiyalar gecikdirilecek ???
kash odenishli telebelere de stepediya verilerdi..