Telefonların elektronlaşdırılması pulsuzdur

915

atsÖtən ildən etibarən Rabitə və İnformasiya Nazirliyi tərəfindən bütün ölkə üzrə mənzillərin telefonlaşdırılması intensiv xarakter alıb. Bu proses Abşeron üzrə, eləcə də Sumqayıtda da ardıcıl şəkildə davam edir. Nazirlik eyni zamanda telefonların elektronlaşdırılmasını prioritet elan edib və yerlərdə bu proses həyata keçirilməkdədir.

Bununla belə, telefonlaşdırmanın, xüsusilə də elektronlaşdırma işinin Sumqayıtda istənilən sürətlə getdiyini söyləmək olmaz. Ən azı isə ona görə ki, ötən ilin sonlarına yaxın Suymqayıt şəhər Telekommunikasiya Qovşağından bu prosesin ilin sonuna kimi yekunlaşacağı bildirilsə də, nəinki ötən ilin sonu, bu iş cari ilin 3-cü ayında da sona çatmayıb.

Daha bir narahatlıq doğuran fakt isə ondan ibarətdir ki, elektronlaşma prosesi ilə bağlı müəyyən narazılıqlar ifadə olunur. “168 saat”a daxil olan məlumatlara görə, kimlərsə vətəndaşların məlumatsızlığından istifadə edib, manipuliyasiyalara yol verir və qazanc əldə eyməyə çalışır. Doğrudur, bu informasiyalar hələ ki, tam olaraq dəqiqləşdirilməyib, amma hər halda, biz bir məlumatı diqqətinizə çatdırmağı, lazım bilirik. Belə ki, Rabitə və İnformasiya Nazirliyinin Mətbuat Xidmətindən “168 saat”a verilən məlumata görə, əgər elektronlaşma kütləvi şəkildə, müəyyən layihə çərçivəsində həyata keçirilirsə, bu zaman bu proses pulsuz olaraq həyata keçirilir. Yox əgər kimsə fərdi qaydada tezliklə telefonunun elektronlaşdırılmasını istəyirsə, bu halda, yalnız 10 manat dövlət rüsumunu ödəmək kifayət edir.

Vüsal MƏTLƏBOĞLU, “168 saat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • bahar
    Mart 9, 2010 - 01:46

    DEMELI MEN BU YAXINLARDA GETMISIDM MERKEZI POCTA.ERIZE YAZIRDIM.ONDA BIR-BIR VETENDASLAR YAXINLASIRDI “INKISAF SOBESI” DEYILEN QAPIYA.HAMISI ERIZE YAZIRDI.BELE BASA DUSDUM KI,ELEKTRONLASDIRMAYLA BAGLI ONLARIN ATS-E GELIB ERIZE YAZMALARI BILDIRILIB.BIR OGLAN GELMISDI ERIZENI YAZIB VEREENDEN SONRA QADIN DEDI KI,60 MANAT ODE.OGLAN SORUSDU KI”BEYEM MECBURIDI ELEKTRONLASMA?”QADIN DEDI”YOX”.OGLAN DA “ONDA BIZIM UCUN FERQI YOXDU QOY ELEKTRON OLMASIN”DEDI.QADIN ERIZENI CIRIB,ESEBI HALDA”ONDA NIYE BU BOYDA ERIZE YAZMISAN?”DEDI.OGLAN YAZIQ BAXA-BAXA QALDI VALLA.DEYIR MEN NE BILIM EE,BIZE ZENG ELEYIB DEDILER KI,ATS-E YAXINLASIB ERIZE YAZIN.GOR HAA DEMELI PULSUZDU.BU YAZI EVVELDEN YERLESDIRILSEYDI MEN DEYERDIM ORDA.

  • kamal
    Mart 9, 2010 - 10:41

    telefonlar 3 ilə yaxindi ki,elektronlaşir ancaq mən buna qətiyyən inanmiram,eşit inanma ta ki telefonum elektron olandan sonra inanaram.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər