Teymur Rəcəbov Şəhriyar Məmmədovyarovu Dünya Çempionatından kənarlaşdırdı

1641

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Şahmat üzrə Dünya Çempionatının dörddə bir finalına çıxıb.

Elə ki, səkkizdə bir finalda T.Rəcəbov digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu məğlub edib.

Təmsilçilərimizin arasındakı hər iki partiya heç-heçə ilə nəticələnib, bundan sonra şahmatçılar münasibətlərini tay-breykdə aydınlaşdırmalı olublar. İlk iki partiyada onlardan heç biri yenə irəli çıxa bilməyib.

Sonuncu iki ondəqiqəlik partiyada vəziyyət dəyişib. Onlardan birincisi – Rəcəbovun ağ fiqurlarla oynadığı partiya da heç-heçə nəticələnib. Cavab oyununda isə Teymur həmyerlisinə qalib gəlib.

Beləliklə, T.Rəcəbov Dünya Kubokunun dörddə bir finalına yüksəlib. O, tay-breykdə polşalı Yan-Kşiştof Duduya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Sünlə üz-üzə gələcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər