Cəbhədə döyüş əməliyyatları zamanı yaralanmış Azərbaycan əsgərinə xəstəxana kollektivi ad günü sürprizi təşkil edib.
Həkimlər və tibb bacıları əsgər Pərvin Muradov üçün tort alıb, onun ad gününü təbrik ediblər.
Sosial şəbəkələrdə yayılan görüntüləri izləyicilər maraqla qarşılayıb.
Yaralı əsgər yoldaşını döyüş meydanından çıxardarkən minaya düşən Pərvin Muradov hazırda xəstəxanada müalicəsini davam etdirir. 1988-ci ildə Sumqayıt şəhərində doğulan Pərvin Muradov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə könüllü olaraq qoşulub.
Sumqayitxeber.com olaraq əsgər Pərvin Muradovu təbrik edir, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.