Tikinti şirkəti 1500 manat maaşla işçi axtarır- SUMQAYITDA

3296

Qartal Tikinti Firması baş mühasib vəzifəsinə işçi axtarır.

Namizədə tələblər

– ƏDV ödəyicisi olan şirkətdə baş mühasib kimi 3 il iş təcrübəsi
– Vergi məcəlləsini, mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri mükəmməl bilmək
– Bank əməliyyatlarının həyata keçirilməsi, elektron qaimə və vergi hesab fakturaların yazılması, kassa, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsini bacarmaq
– Mal-materialların uçotunun aparılması, material silgisi aktlarının tərtib olunmasını bacarmaq
– Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi.
– Müqavilələr üzrə hesabların hazırlanması, debutor borcların ödənilməsi, ödəniş tapşırıqlarının yazılması və qeydiyyatının aparılmasını bilmək
– İllik mənfəət bəyənnaməsinin tərtib edilməsini bacarmaq
– Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və s. hesablanmasını bacarmaq
– Kompüter biliyi yüksək səviyyədə (1C7.7, Excel, Word, Outlook)

İş barədə məlumat

– İş yeri Sumqayıt şəhərində firmanın ofisindədir
– İş saatı 09:00-dan 18:00-dək
– İstirahət günü – Şənbə və Bazar günləri
– Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur
– Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər