“Tökülən qanımızın əvəzini yanacaqla ödəyə bilməyəcəksiniz” – Zelenskidən NATO-ya sərt cavab

319

“NATO-nun Ukrayna səmasını bağlamaqdan imtina etməsi zəiflərin və özünə güvənməyənlərin özünü hipnozudur”.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, belə bir bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

O bildirib ki, alyans Rusiya ordusunun evləri, məktəbləri və xəstəxanaları bombaladığını bilir. Eyni zamanda, NATO şüurlu şəkildə uçuşa qadağa zonası tətbiq etməkdən imtina etmək qərarına gəlib:

“İnsanları düşünməli idiniz. Bəs o iclasda (martın 4-də alyansın növbədənkənar iclası – red.) nə haqda fikirləşdiniz? Bundan sonra insanların ölümünün hamısı sizin üzünüzdən, sizin zəifliyiniz, laqeydliyiniz səbəbindən olacaq”.

Zelenskinin sözlərinə görə, NATO-nun indi qərar verdiyi yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürməkdir. Ukrayna dövlət başçısı ironiya ilə bu yanacağın nüvə silahından imtina müqabilində Ukraynaya sülh və ərazi bütövlüyünü zəmanət verən Budapeşt Memorandumunu yandırmaq üçün lazım ola biləcəyini söyləyib:

“Siz ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq martın 4-də alyansın fövqəladə iclası zamanı Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılması məsələsinin gündəmə gətirildiyini, NATO üzvü olan ölkələrin isə bu addımla razılaşmadığını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər