«Xəzər Lənkəran»a gəldiyim gündən bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq». Fanat.az xəbər verir ki, bu sözləri «Sumqayıt»la oyundan sonra «Xəzər Lənkəran»ın baş məşqçisi Con Toşak deyib
Uelsli çalışdırıcı «Sumqayıt»ın qapıçısını tərəfləyib: «Hər iki hissədə 4 real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm. Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli olursan. Fikrimcə, ən azı 2:0 hesabı ilə qalib gəlməli idik».