Türk dünyasını yeni uğurlar gözləyir – Tahir Mirkişili

526

ABŞ Konqresi və Senatı 2019-ci ildə qondarma erməni “soyqırımı” ilə bağlı sənəd qəbul etdi.

Ondan daha əvvəllər də Fransa, Rusiya, Almaniya və s. kimi ölkələr də 1915-ci ildə baş verən və əslində özlərinin səbəb olduğu hadisələri “soyqırım” kimi tanıdılar.

Amma maraqlısı budur ki, hər belə bir qərardan sonra Türkiyə və türk dünyası daha da gücləndi. Hər belə bir qərardan sonra Ermənistan daha da zəiflədi. Və 2020-ci ildə ağır məğlubiyyətə uğradı, beli qırıldı!

ABŞ Prezidenti Joe Biden son 40 ildə ilk dəfə olaraq “soyqırım” sözünü işlətməklə Türkiyəyə yeni uğurlar “arzuladı”. Tezliklə yeni uğurların şahidi olacağıq.

Əminəm ki, türk dünyasının aparıcı bir parçası olan Azərbaycanın da bu uğurlardan payı olacaq. Məsələn, Zəngəzur dəhlizi…

Tanrı türkü qorusun!

Tahir Mirkişili

Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər