Türkiyədə sel fəlakətində 100-dən çox insan itkin düşmüş sayılır

732

Türkiyənin Kastamonu vilayətindəki sel fəlakətində 100-dən çox itkinlə bağlı müraciət olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “NTV” məlumat verib.

Qeyd edək ki, sel fəlakətindən Kastamonunun 8 rayonu sel suları altında qalıb.

AFAD dağıntıya məruz qalan Kastamonu, Sinop və Bartın vilayətlərinin rayonlarında xilasetmə tədbirlərini davam etdirir.

Sel fəlakətindən Kastamonuda 25, Sionopda 2 nəfər ölüb, Bartında bir itkin axtarışdadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər