Türkiyədə zəlzələdən sonra haqqında xəbər alınmayan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

464

Xarici İşlər Nazirliyi Türkiyədə zəlzələ bölgəsində yaşayan və xəbər ala bilmədiyi Azərbaycan vətəndaşları barədə açıqlama verib.

Oxu.Az-a açıqlamasında XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hələ ki doqquz vətəndaşımızdan məlumat almaq mümkün olmayıb:

“Amma bu say hər an dəyişə bilər”.

11:58

Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.

Həlak olmuş vətəndaşlarımızın cənazələrinin fevralın 16-da Azərbaycana gətirilməsi nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər