Türkiyəni Azərbaycana bağlayacaq yol, dağların qoynunda hava limanı- VİDEO REPORTAJ

469

Uca dağlar, yaşıl meşələr, gur çaylar, bumbuz bulaqlar, uzun-uzadı yollar. Bura Zəngəzurdur. Qərbindən fərqli olaraq şərqində bir başqa həyat var. İTV Xəbər Yekun da bu həftə bayram ab-havasının yaşandığı Şərqi Zəngəzurda idi. Əsarətdən qurtulan bu torpaqlara yolumuzu bu dəfə fərqli şəkildə salmışıq. İki əməkdaşımız – Bəxtiyar Hacıyev bölgəyə cənubdan, Ceyhun Mustafayev isə şimaldan daxil olub. Bölgəni qarış-qarış gəzən əməkdaşlarımız sonda Şərqi Zəngəzurun qərbində görüşüblər. Yəni Laçında. Füsunkar təbiət, sıldırım qayalar, təhlükəli aşırımlar, bir də bu gözəlliyə gözəllik qatan əl əməyi. Min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Buyurun, Şərqi Zəngəzuru bizim gözümüzdən görün.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər