Türkiyənin Azərbaycandakı səfiri: “Sumqayıtın dinamik həyatını görməkdən son dərəcə məmnunuq”

182

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Sumqayıt şəhərinə səfər edib.

Ssəfər çərçivəsində səfiri Türkiyəli iş adamı, “AYTA LTD” MMC-nin təsisçisi Ayhan Çalbəy müşayiət edib.

Səfir və nümayəndə heyəti əvvəlcə şəhərlə yaxından tanış olub, daha sonra Sumqayıt Bulvarına baş çəkib. Birol Akgün şəhərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən məmnun qaldığını bildirib. O, xüsusilə bulvar ərazisinin gözəlliyini və müasir görnüşünü yüksək qiymətləndirərək buradan böyük zövq aldığını qeyd edib.

Səfir şəhərdə müşahidə etdiyi inkişafı yüksək dəyərləndirərək bu uğurlara görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkürünü ifadə edib.

Səfər çərçivəsində nümayəndə heyəti şəhər ərazisində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərinə də baş çəkərək onların fəaliyyəti ilə tanış olub.

Daha sonra Birol Akgün  səfərlə bağlı təəssüratlarını bölüşüb və Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişaf perspektivlərindən danışıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər