“Üç-dörd aya bazamız tam hazır vəziyyətdə olacaq”

850

“Sumqayıt” Futbol Klubunun bazasının tikintisi davam edir. Klubun yaxın aylarda mükəmməl bir bazaya malik olacağı gözlənilir.  Bu barədə “sumqayitxeber”ə klubun mətbuat xidmətindən bildirilib.

Klubun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib ki, yaxın 3-4 ay ərzində baza hazır olacaq:  “Mart – aprel aylarında artıq bazamız tam hazır vəziyyətdə olacaq və “Sumqayıt” oyunlarını orda keçirəcək. Stadionumuz görünüş baxımından “Bakı”nın bazasına nisbətən oxşayır. Yəni futbolçuların toplaşması, qalması, eləcə də klub işçilərinin ofisləri stadionun altında yerləşəcək. Deyərdim ki, bazamız bütün keyfiyyətlərinə görə heç də digər arenalardan geridə qalmayacaq. İndi bütün diqqətimizi buna ayırmışıq və tezliklə bu işin yekunlaşmasını gösləyirik.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər