Universitetlərin reytinqi açıqlandı - SDU ən sürətli irəliləyən universitet oldu

3657
“National H-index Ranking” tərəfindən 2023-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi institutların və ali təhsil müəssisələrinin Hirş indeksinə (H-index) görə reytinq sıralaması – “Azerbaijan National H-index Ranking-2023” açıqlanıb. Azərbaycan Milli H-index Ranking, konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqidir.
Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmiometrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi və reytinqdə müvafiq mövqe formalaşır.
SDU yüksək reytinqli databazalardakı məlumatlarına görə ölkə üzrə 84 müəssisə arasında əhəmiyyətli dərəcədə irəliləyərək 36-cı yerdə qərarlaşıb.
Ötən ilin nəticələri ilə müqayisə apararkən aydın olur ki, 2022-ci ilin reytinqində təmsil olunan 83 müəssisə arasında SDU-nun mövqeyi 52-ci yerdən 16 pillə irəliləmişdir.
Qeyd edək ki, reytinq siyahısı hazırlanarkən “Google Scholar”, “Web of Science” və “Scopus” data bazalarındakı elmi nəşrlər təhlil olunmuş və Azərbaycanın 84 elmi institut və universitetinin elmi fəaliyyəti analiz edilmişdir.
Sumqayıt Dövlət Universitetinin Reytinqdə milli H-indeksi (National H-index) 7 – ə bərabərdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər