Uşaq Xəstəxanasında təmir işləri aparılır

800

Sumqayıt şəhər Uşaq Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Xəstəxananın cərrahiyyə, II və III somatik və somatik reanimasiya, laboratoriya və I yenidoğulmuşların patologiyası şöbələrinin əsaslı təmiri artıq başa çatıb. Fasad hissəsi tam təmir edilib.

Hazırda qəbul və inzibati şöbələrində təmir işləri aparılır. Xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2007-ci ildə başlanılıb.
Eyni zamanda Sumqayıtın Tarixi Muzeyi, 1 saylı Uşaq Gənclər İdman Məktəbi, N.Nərimanov adına mədəniyyət evində də hazırda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər