Vaqif Əliyev Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etdi

889

gorush04.12.091Bu gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) və Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinin tərkibində Almaniya Federativ Respublikası İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) şöbə müdiri Sebastyan Leş, BMZ-nin sektor müdiri Frederik Qaul, Almaniya Federativ Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri, BMZ-nin Cənubi Qafqaz regionunda iqtisadi məsələlər üzrə əlaqələndiricisi Silke Klöver, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Bakıdakı ofisinin rəhbəri Frants Hayntsmann, Almaniya İnkişaf Bankının (KfW) Cənubi Qafqaz regionu üzrə direktoru (Tbilisi) Karsten Killian, KfW-nin ölkə üzrə direktoru (Frankfurt) Hayko Yannerman, KfW-nin Bakıdakı əlaqələndiricisi Natiq Abdullayev, GTZ-nin layihə koordinatoru Şəfiqə Hacıəhmədova iştirak edirdi. Görüşdə həmçinin şəhər İcra hakimiyyəti başçısının müavini T.Hacıyev, şəhər Memarlıq və Şəhərsalma İdrarəsinin baş memar əvəzi M.Abbasov, şəhər Sukanal Törəmə Səhmdar Cəmiyyətinin direktoru M.Əsədov iştirak etdilər.

Görüş zamanı V. Əliyev qonaqlara Sumqayıt şəhəri haqqında ətraflı məlumat verdi. Sumqayıtın sənaye şəhəri olduğunu qeyd edən şəhər başçısı son illər sənaye müəssisələrinin yenidən qurulması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, şəhər infrastrukturunun əsaslı təmiri və bərpası, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, eləcə də sosial sahələrin inkişafı sayəsində Sumqayıtın müasir şəhərə çevrildiyini bildirdi. O, “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində Sumqayıt şəhəri ilə Lüdviqshafen şəhərləri arasında reallaşdırılan layihələrdən danışaraq bundan sonra da yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğuladı. Səmimi qəbula və Sumqayıt haqqında geniş məlumata görə şəhər rəhbərinə minnətdarlıq edən nümayəndə heyətinin sədri S.Leş hazırda həyata keçirilən layihələrin davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Görüşün sonunda qonaqlara Sumqayıt şəhəri haqqında kitab və bələdçi kitabçası hədiyyə edildi.

gorush04.12.092Qeyd edək ki, hazırda “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində Sumqayıt şəhəri ilə Lüdviqshafen şəhərləri arasında reallaşdırılan layihələr sırasına “Çirklənmiş ərazilərin kadastrı”, “Çirklənmiş ərazilərin xəritə əsaslarının tərtib edilməsi”, “Su təchizatı və kanalizasiya xətlərinin kadastrı”, “Tullantıların kənarlaşdırılması konsepsiyası”, “Su və kanalizasiya kəmərinin işlək vəziyyətdə saxlanılması” daxildir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər