Vaqif Əliyev niyə hələ də Sumqayıtın icra başçısı kimi təqdim olunur?

853

Bir neçə gün bundan əvvəl prezidentin sərəncamı ilə Vaqif Əliyev Sumqayıt şəhərinin icra başçısı vəzifəsindən azad edilib, mədəniyyət və turizm nazirinin birinci müavini təyin edildi. Sumqayıta yeni icra başçısı isə Gəncənin əvvəlki icra başçısı Eldar Əzizov gətirildi.

Modern.az saytı xəbər verir ki, Sumqayıtın icra başçısı dəyişsə də, İcra Hakimiyyətinin saytında bu dəyişiklik hələ də əks olunmayıb. Belə ki, sumqayit-ih.gov.az veb-səhifəsində sabiq icra başçısı Vaqif Əliyevin saytı ziyarət edənlərə müraciəti hələ də götürülməyib. Burada Vaqif Əliyev hələ də Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı kimi təqdim olunur.

Onu da qeyd edək ki, şəhərə yeni icra başçısının təyin olunması barədə məlumatlar da saytda əks olunmayıb.

Aytən ƏLIYEVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Lale
    Fevral 28, 2011 - 17:30

    Yeni Icra Bashcimiz xosh gelib Insallah Genclere dayaq ve dost olar

  • Sevinc
    Mart 1, 2011 - 12:10

    Sheherimize xosh gelib!
    Arzu edirik Sumqayitdaki ishsizliyi aradan goturer,ve binalari dam ortuklerini,fasadlarini tezeleyecek.Bir sozle: sheremizi gozelleshdirecek!

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər