Vaqif Əliyev şəhərinin sosial obyektlərində aparılan yenidənqurma işləri ilə tanış olub

737

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev şəhərinin bir sıra sosial obyektlərində aparılan yenidənqurma və tikinti işləri ilə yaxından tanış olub.

Sumqayıtın Tarixi Muzeyi, 1 saylı Uşaq Gənclər İdman Məktəbi və Uşaq Xəstəxanasında aparılan təmir, 17-ci mikrorayon ərazisində yeni inşa edilən Olimpiya İdman Kompleksində, eyni zamanda Üzeyir Hacıbəyovun abidə kompleksində gedən tikinti işləri ilə tanış olan şəhər icra hakimiyyətinin başçısı V.Əliyev öz tövsiyə və tapşırıqlarını verib.

Bununla yanaşı V. Əliyev Sumqayıt Telekommunikasiya Qovşağında olub, orada yeni tətbiq olunan NGN müasir telekommunikasiya sistemi ilə tanış olub.

Sumqayıtın Tarixi Muzeyində təmir işləri artıq yekunlaşıb. Yeni ekspozisiyaların müasir texniki vasitələrdən istifadə etməklə tərtibatı, iş yerlərinin müasir avadanlıqlarla təminatı ilə bağlı işlər başa çatmaq üzrədir.

1 saylı Uşaq Gənclər İdman Məktəbində, Olimpiya İdman Kompleksində, Üzeyir Hacıbəyovun abidə kompleksində hazırda əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Sumqayıt şəhər Uşaq Xəstəxanasının cərrahiyyə, II və III somatik və somatik reanimasiya, laboratoriya və I yenidoğulmuşların patologiyası şöbələrinin əsaslı təmiri artıq başa çatıb. Xəstəxananın fasad hissəsi tam təmir edilib. Hazırda qəbul və inzibati şöbələrində təmir işləri aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər