Vəkil Anar Qasımov millət vəkilliyinə iddialıdır

1363

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Anar Qasımov 125 saylı Qubadlı-Zəngilan seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürüb. Artıq DSK-dan imza vərəqələrini götürən tanınmış vəkil imzatoplama mərhələsini uğurla başa vurmağa hazırlaşır. Bu mərhələdə A,Qasımov bəzi qanunsuzluqlar haqqında da informasiya alıb. Onun bildiridiyinə görə, “Seçicilərin əksəriyyəti imza verməyə çəkinir, belələri isə demək olar ki, büdcə təşkilatlarında çalışanlardır. Həmçinin onların şəxsiyyət vəsiqələri də icra nümayəndələri tərəfindən qanunsuz olaraq yığılıb ki, bu da YAP-ın siyahısından namizədliyi irəli sürülən İmamverdi İsmayılovun “qələbəsini” təmin etmək məqsədi daşıya bilər. Həmçinin əksər seçicilərin şəxsiyyət vəsiqələrinin müddəti bitib ki, bu da onların imza vermək və səsvermə imkanını əlindən alır.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər