Vəkil Konstitusiyaya zidd maddənin ləğvini gözləyir

435

Vəkil Anar Qasımlı Ali Məhkəmədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin ləğvi üçün təşəbbüs göstərməyi gözləyir. Anar Qasımlı mövqeyini aşağıdakı kimi əsaslandırıb:

“2021-ci ildə Mülki Prosessual Məcəlləyə edilmiş əlavə və dəyişikliklərdən sonra mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Qeyd edim ki, analoji norma Mülki Prossessual məcəllədə bundan əvvəl də mövcud olub, Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan hesab edilib və Qanunla Məcəllədən çıxarılıbdır.

Mülki Prosessual Məcəllənin hazırda mövcud olamayan (çıxarılmış) 359-cu maddəsində göstərilirdi ki, apellyasiya şikayəti (apellyasiya) birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş bütün qətnamələrindən, iddia məbləği şərti maliyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla verilə bilərdi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair 25 fevral 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin “…iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla…” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edildi.

2003-cü ildə Konstitusiyaya zidd hesab edilən maddəyə 2021-ci ildə yeni nəfəs verən Ali Məhkəmədən bu normanın ləğvi üçün təşəbbüs göstərməyi gözləməkdəyik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər