Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun övladının ad günü qeyd olundu – FOTO

1203

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun övladı Alparsaln Camalın doğum günü qeyd olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları Şəhidin ailəsinə baş çəkib, Alparsaln Camalı doğum günü münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, Camal İsmayılov 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurdu. 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları olan Camal İsmayılov, hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənir və övladına Alparslan adını verəcəyini demişdir. 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlmişdir və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilmişdir. Hazırda şəhidimizin ailəsi Sumqayıt şəhərində yaşayır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər