Vətən müharibəsi şəhidinin abidə kompleksinin açılış mərasimi olub

513
Oktyabrın 4-də 44 günlük Vətən müharibəsinin şəhidi Telman Nadir oğlu Abışovun xatirəsini əbədiləşdirmək məqsədilə Hacı Zeynalabdin qəsəbəsi Səməd Vurğun küçəsində abidə kompleksinin açılışı olub.
Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları ilə yanaşı, şəhid ailələri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Millət vəkili Müşfiq Məmmədli, məktəb və bağça kollektivləri, Qəsəbə Ağsaqqallar şurasının üzvləri və Hacı Zeynalabdin qəsəbə sakinləri, o cümlədən Sumqayıt Dövlət Unversitetinin Filologiya fakültəsinin bir qrup professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Telman Abışovun abidəsinin açılışı oldu. Abidə önünə tər gül dəstələri düzüldü.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Millət Vəkili Müşfiq Məmmədli, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva, SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, professor Astan Bayramov və digər şəxslər çıxış edərək Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində göstərdiyi şücaətindən danışdılar.
Bildirildi ki, Telman Nadir oğlu Abışov 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 10-da Şuşada şəhidlik zirvəsinə ucalaraq, Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən Telman Abışov ölümündən sonra “Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə” ,”İgidliyə görə” medalları ilə təltif edilib.
Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevava öz təşəkkürlərini bildirdilər.
Tədbir məktəblilərin və bağçalarda təlim-tərbiyə alan balaca fidanların vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər