WKF prezidentindən Rafael Ağayevə təbrik: “Sən bu tarixin bir hissəsi oldun” – FOTO

541

Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos Olimpiya mükafatçısı Rafael Ağayevə məktub göndərib.

Oxu.Az-ın xəbərinə görə, ispaniyalı qurum rəhbəri Rafaeli Olimpiya medalçısı olması münasibəti ilə təbrik edib.

O həmçinin bildirib ki, Tokio Olimpiadasında karate tarix yazıb və Rafael də mükafatçı kimi bu tarixin bir hissəsi olub. Antonio Espinosun sözlərinə görə, o, karatenin Olimpiya Oyunlarının proqramında daimi idman növü kimi qalması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, beşqat dünya çempionumuz Rafael Ağayev Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər