Xalq artisti Eldar Quliyev vəfat edib

713

Azərbaycanı tanınmış kinorejissor və ssenaristi, xalq artisti Eldar Quliyev vəfat edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

O qeyd edib ki, xalq artisti bundan əvvəl iki dəfə xəstəxanaya yerləşdirilmişdi və son günlər vəziyyəti ağır idi:

“Təssüflər olsun ki, Eldar Quliyevi bu dəfə xilas edə bilmədik. Xalq artistimiz bu gün səhər saatlarında rəhmətə gedib. Dəfn mərasimi ilə bağlı müvafiq qurumlar məşğuldurlar. Bu barədə də mətbuata açıqlama veriləcək”.

Xatırladaq ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər