“Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində ötən ilin noyabrından başlayaraq Litva, Avstriya Respublikaları və İsveç Krallığı ekspertlərinin ölkəmizə səfərləri təşkil olunur.
AZƏRTAC xəbər verir ki, səfər zamanı bir sıra görüşlər təşkil olunaraq Məşğulluq Xidməti orqanlarının fəaliyyət istiqamətləri, məşğulluq sahəsində qəbul olunmuş yeni normativ hüquqi aktlar, həyata keçirilən aktiv və passiv məşğulluq tədbirləri, mövcud elektron xidmətlər, sosial tərəfdaşlıq çərçivəsində görülən işlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən işaxtaran vətəndaşlar üçün keçirilən təlimlər və onlara verilən subsidiyalar haqqında, eləcə də Məşğulluq Xidməti orqanlarına işə qəbul prosesi barədə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılır.
Bununla yanaşı bu ilin ilk ayında da Litva və Avstriya Respublikaları nümayəndələrinin Dövlət Məşğulluq Xidmətinin iş prosesi və fəaliyyəti ilə əlaqədar tanışlıq məqsədi ilə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə səfəri təşkil olunub. Səfər zamanı Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov Mərkəzin fəaliyyəti barədə məlumat verərək qonaqları işaxtaran və işsiz vətəndaşlara mərhələli şəkildə göstərilən xidmətlərlə və onlarla aparılan işlərlə tanış edib. Görüş zamanı işaxtaran vətəndaşların qeydiyyata alınması, onlara uyğun vakansiyaların təklif olunması, işsiz statusun verilməsi və müavinətin təyin olunması şərtləri, peşə hazırlığı kurslarının təşkili, sosial tərəfdaşlarla görülən işlər və digər aktiv məşğulluq tədbirləri barədə ətraflı məlumatlar verilmiş, ekspertləri maraqlandıran suallara ətraflı cavablar verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində ötən ilin noyabrından başlayaraq Litva, Avstriya Respublikaları və İsveç Krallığı ekspertlərinin ölkəmizə səfərləri təşkil olunur.
AZƏRTAC xəbər verir ki, səfər zamanı bir sıra görüşlər təşkil olunaraq Məşğulluq Xidməti orqanlarının fəaliyyət istiqamətləri, məşğulluq sahəsində qəbul olunmuş yeni normativ hüquqi aktlar, həyata keçirilən aktiv və passiv məşğulluq tədbirləri, mövcud elektron xidmətlər, sosial tərəfdaşlıq çərçivəsində görülən işlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən işaxtaran vətəndaşlar üçün keçirilən təlimlər və onlara verilən subsidiyalar haqqında, eləcə də Məşğulluq Xidməti orqanlarına işə qəbul prosesi barədə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılır.
Bununla yanaşı bu ilin ilk ayında da Litva və Avstriya Respublikaları nümayəndələrinin Dövlət Məşğulluq Xidmətinin iş prosesi və fəaliyyəti ilə əlaqədar tanışlıq məqsədi ilə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə səfəri təşkil olunub. Səfər zamanı Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov Mərkəzin fəaliyyəti barədə məlumat verərək qonaqları işaxtaran və işsiz vətəndaşlara mərhələli şəkildə göstərilən xidmətlərlə və onlarla aparılan işlərlə tanış edib. Görüş zamanı işaxtaran vətəndaşların qeydiyyata alınması, onlara uyğun vakansiyaların təklif olunması, işsiz statusun verilməsi və müavinətin təyin olunması şərtləri, peşə hazırlığı kurslarının təşkili, sosial tərəfdaşlarla görülən işlər və digər aktiv məşğulluq tədbirləri barədə ətraflı məlumatlar verilmiş, ekspertləri maraqlandıran suallara ətraflı cavablar verilib.
Xarici ekspertlər Sumqayıt Məşğulluq Mərkəzində
•
1332