YAP-ın namizədləri ilə bağlı daha bir açıqlama – İkisi işsizdir

714

“Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 123 nəfər üzvünün namizədliyi qeydə alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə YAP İcra katibinin müavini Siyavuş Novruzov məlumat verib.

Onun sözlərinə görə, namizədlərinin 21-i elmlər doktoru, 22-si isə elmlər namizədidir:

“Onlardan 18 nəfəri 35 yaşadək gənclər, 35 nəfəri 36-45 yaşadək, 40 nəfəri 46-60 yaş, 30 nəfəri isə 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Namizədlərin 28-i qadın, 95- i isə kişidir. 32 namizəd dövlət sektorunda çalışır, 45 nəfər Milli Məclisin deputatıdır. Siyahıda bələdiyyə üzvü olan 6 namizəd var. Səhiyyə sahəsində 6, təhsil sahəsində 22, özəl sektorda isə 10 nəfər çalışır. İkisi müvəqqəti işsizdir, 8-i isə partiyanın rayon( şəhər) təşkilat sədrləridir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər