YAP-ın Sumqayıtda deputat görmək istədiyi gənc namizəddən bayram təbriki

1965

2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərində YAP-ın 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş  Emin Hacıyev bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edib. 

Gənc namizəd Azərbaycan xalqına ən xoş arzularını çatdırıb:

“Müstəqil Azərbaycanımızın bütün sahələrində özünün uğurları ilə yadda qalan 2019 cu ilin son günündəyik.

Böyük qürür hissi ilə dünyada yaşayan bütün Azərbaycanlıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında daha da sıx birləşərək, dövlətimizi dünyanın ən güclü və inkişaf etmiş dövlətləri sırasına yüksəldək.
Hər bir Azərbaycan ailəsinə can sağlığı, firəvan həyat və xoşbəxtlik arzu edirəm. Sosial statusundan, yaşadığı məkandan və milli mənsubiyyətindən asılı olmayaraq, qəlbi Azərbaycan ilə döyünən hər bir həmvətənlimi bu gün münasibəti ilə təbrik edirəm.
Tanrı 2020-ci ili millətimiz və dövlətimiz üçün uğurlu etsin.

Bayramımız mübarək!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər