Sumqayitxeber.com saytı Mərkəzi Seçki Komissiyasına istinadən məlumat verir ki, Yeni Azərbaycan Partiyasının 42 sayli Sumqayit ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş “RANSAN” firmasi ATSC sədri Rafik Dəmirov seçkilərə qatılmaqdan imtina edib.
Xatırladaq ki, YAP Sumqayıt şəhərindən 4 namizəd irəli sürmüşdü. 41 sayli Sumqayit birinci seçki dairəsi üzrə Sumqayit şəh. 18 sayli məktəbin direktoru Abdullayeva Leyla Arifqızı, 42-saylı seçki dairəsi üzrə “RANSAN” firmasi ATSC sədri Dəmirov Rafik Balaməmməd oğlu, 43-saylı seçki dairəsi üzrə “AZƏRİKİMYA” İSTEHSALAT Birliyinin Baş direktoru Babayev Muxtar Bahadur oğlu və 44 saylı seçki dairəsi üzrə Təcili Tibbi Yardim Xəstəxanasının uşaq travmotologiyasında şöbə müdiri işləyən Xasayev Məharət Məhərrəm oğludur.
Görəsən bu YAP-çılara nə olub? Namizəd kimi qeydə alınırlar və sonradan imtina edirlər.
bunu onsuzda hec kim tanimirdi vermese de olar mence