YAP Sumqayıt şəhər təşkilatının yaranmasının 21 illiyi qeyd edilib

587

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında partiyanın yaranmasının 21 illiyi münasibəti ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Fərman Kazımov toplantı iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik edib. Ötən 21 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən F.Kazımov 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos, hərc-mərcliyə yol açdığını önə çəkib: “Nəticədə Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qalıb. Məhz həmin dövrdə Azərbaycan xalqı dövlətin xilası üçün Ulu Öndər Heydər Əliyevə üz tutub”.

F.Kazımov 91 ziyalının imzası ilə YAP-ın yaradılması və Ümummilli Liderin bu siyasi təşkilata rəhbərlik etməsi ilə bağlı müraciətin Ulu Öndər Heydər Əliyevə ünvanlandığını xatırladaraq bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Vəzirxan Ənsərov mövzu ilə bağlı çıxışında qeyd edib ki, həmin dövrdə Azərbaycanda siyasi böhran hökm sürürdü: “YAP-ın yaranması, Ulu Öndər Heydər Əliyevin bu partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açdı. Artıq bu gün YAP Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatıdır”.

V.Ənsərov onu da bildirib ki, YAP qələbələr partiyasıdır və gənc nəsil YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.

Daha sonra tədrbirdə YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Elmar Xəlilov, şəhər təşkitlatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova, şura üzvləri Vaqif Ələkbərov, Ələkbər Tağıyev və digərləri çıxış ediblər. Çıxış edənlər bir daha vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası bundan sonrakı illərdə də yeni-yeni uğurlara imza ataraq öz gücünü və qüdrətini nümayiş etdirəcək.

Rövşən NURƏDDİNOĞLU

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər