Yaşasaydı 33 yaşı olacaqdı – O da Sumqayıtlı müəllimlərin Xızıda düşdüyü qəzada dünyasını dəyişdi…

1269

Bu gün 29 May 2016-ci il tarixində Xızı rayonu ərazisində Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətinin iştirakı ilə ölümlə nəticələnən ağır yol qəzasında həyatını itirən Texniki Kollecin fiziki tərbiyə müəllimi Həziyev Kamil İslam oğlunun doğum günüdür.
Həziyəv Kamil İslam oğlu 27 yanvar 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Uşaqlıq illərindən karate şotokan idman növü ilə məşğul olmuş və uğurlu nəticələr əldə edib.

Təhsilini idman sahəsi üzrə davam etdirən Kamil müəllim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının karate ixtisasına yiyələnmiş, 2011 -ci ildə Sumqayıt Dövlət Texniki Kollecində müəllimlik fəaliyyətinə başlayıb.

Qısa zamanda tələbələrin və iş yoldaşlarının sevgi və hörmətini qazanıb. Öz işini sevən və müəllim peşəsinin məsuliyyətini dərindən dərk edən Kamil müəllim tələbələrinə dost olmub, əlamətdar günlərində onları tək qoymayıb, heç bir zaman dəstəyini əsirgəməyib.

Sumqayıt şəhərinin əhəmiyyətli dövlət tədbirlərində və işlədiyi Kollecin ictimai fəaliyyətində daim fəal iştirak edib.
Qeyd edək ki, Kamil müəllim həm də ailəli idi. Qəza baş verən gün onun 7 aylıq körpəsi vardı.

Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər